Milli Məclisin yaz sessiyası dövründə 13 iclas keçirilib, 61 qanun qəbul edilib.
Modren.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin mayın 31-də keçirilən yaz sessiyasının son plenar iclasında məlumat verib.
Həmin müddətdə iki yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib.
Parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən bəzi qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayıb. Bunlar “Hərbi qulluqçuların statusu haqqında” və “Ali təhsil haqqında” qanun layihələridir.