Modern.az

Xalq şairi Söhrab Tahirin barmaqlarını kəsiblər - ÖZƏL

Xalq şairi Söhrab Tahirin barmaqlarını kəsiblər - ÖZƏL

Ölkə

12 Noyabr 2013, 16:41

O, üç aydır ki, evdən bayıra çıxa bilmir  


“Ayağımdan əməliyyat olunmuşam. 3 aydır ki, evdən bayıra çıxa bilmirəm. Çeçələ barmağımın hər ikisini kəsiblər. Bir yandan qocalıq, bir yandan da şəkər”. Bunu Modern.az saytına açıqlamasında 87 yaşlı xalq şairi Söhrab Tahir bildirib.

Xalq şairi uzun müddətdir ki, evdən bayıra çıxa bilmədiyini deyib. Söhrab Tahir səhhətinin bu cür olmasında yaş amilini də səbəb gətirib. Hətta müsahibə almaq istəyimizi bildirərkən belə,  əhvalının ona imkan verməyəcəyini qeyd edib: “O əhvalda deyiləm. Biz sizinlə əvvəl də bu barədə danışmışdıq. Amma bu saat hövsələsizəm. İnşallah, yaxın zamanlarda müsahibə məsələsini həll edərik”.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi