Modern.az

Azərbaycan Texnologiya Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı

Azərbaycan Texnologiya Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı

31 May 2024, 13:20

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Modern.az xəbər verir ki, bu gün AzEdu.az və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə həmin universitetdə təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az təhsil portalının "İlin gənc müəllimi" layihəsinin qalibi Leyla Camalzadə və həmin statusa layiq görülən tələbələr iştirak ediblər.

 

"Brend tələbə" statusuna layiq görülmüş gənclər təbrik edilib, onlarla uğurun sirlərindən danışılıb.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 

Azərbaycan Texnologiya Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

 
İmanov Namiq - İqtisadiyyat və idarəetmə fakültəsi, IV kurs;

 

Bağırov Firdovsi - İqtisadiyyat və İdarəetmə fakültəsi, II kurs;

 

Arifzadə Elnur - Qida mühəndisliyi fakültəsi, Doktorantura;

 

Rzazadə Anaxanım - Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsi, IV kurs;

 

Rzazadə Firuzə - İqtisadiyyat və İdarəetmə fakültəsi, II kurs;

 

Allahverdiyev Emin - Avtomatika Telekommunikasiya və İnformatika fakültəsi, IV kurs;

 

Məmmədov Əli Taleh - İqtisadiyyat və İdarəetmə fakültəsi, IV kurs;

 

Əhmədova Səbinə - Qida Mühəndisliyi fakültəsi, II kurs;

 

Hüseynova Aysu - Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsi, I kurs;

 

Ələkbərova Aycan - İqtisadiyyat və İdarəetmə fakültəsi, I kurs.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı