Modern.az

ABŞ silahları ilə Rusiyanın vurulması saatlar içində... - NYT

ABŞ silahları ilə Rusiyanın vurulması saatlar içində... - NYT

31 May 2024, 15:22

Ukraynanın Amerika silahlarından istifadə edərək Rusiya ərazisinə ilk zərbələri saatlar və ya günlər ərzində başlaya bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

 

Nəşr Amerika rəsmilərinə istinadən yazır ki, Bayden müşavirlərinin və əsas müttəfiqlərinin təzyiqi altında Ukraynaya Amerika silahlarından istifadə etməklə Rusiya ərazisinə məhdud zərbələr endirməyə icazə verib və bununla da Ukrayna üçün müharibədə yeni səhifə açıb.

 

Ağ Ev rəsmiləri bildiriblər ki, prezidentin əsas siyasət dəyişikliyi yalnız Ukraynanın Xarkovu müdafiə edə bilməsi üçün özünümüdafiə kimi səciyyələndirdiyi hərəkətlərə aiddir. Beləliklə, siyasətçilər hesab edirlər ki, ABŞ prezidenti özünün çəkdiyi xətti keçib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu