AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Modern.az xəbər verir ki, "AzEdu.az" Təhsil Portalının və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə həmin universitetdə təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, "AzEdu.az" Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı, "AzEdu.az" təhsil portalının Regional koordinatoru Leyla Camalzadə və tələbələr iştirak ediblər.
Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə tədbiri giriş sözü ilə açaraq “Brend tələbə” statusuna layiq görülmüş gəncləri təbrik edib və Azərbaycan gənclərinin ölkənin sosial-iqtisadi həyatındakı fəal rolundan danışıb.
Daha sonra PJB-nin sədri Elşad Eyvazlı və Leyla Camalzadə çıxış edərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər, uğur qazanmağın sirlərindən geniş söhbət açıblar.
Çıxışlardan sonra GDU-nun “Brend tələbə”lərinə Təltifnamələr təqdim olunub.