Modern.az

Məhkəmə Serj Sarkisyana bəraət verib

Məhkəmə Serj Sarkisyana bəraət verib

31 May 2024, 16:26

Məhkəmə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana bəraət verib.

 

Modern.az xəbər verir ki, o, "dizel işi" üzrə dövlətə 1 milyon dollara yaxın zərər vurmaqda ittiham olunurdu.

 

İttiham aktına görə, Serj Sarkisyan, Barseq Beqlaryan, Samvel Qalstyan, Qevork Arutyunyan və Serqo Karapetyan cinayət əlaqəsinə girərək, 2013-cü ilin yanvar-fevral aylarında hökumətin ehtiyat fondundan ayrılan təqribən 1 milyon 266 min ABŞ dolları məbləğindəki subsidiya məbləğini mənimsəyiblər.

 

Qeyd edək ki, 489 milyon 160 min 310 dram, yəni 1 milyon 265 min 799 ABŞ dölları məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham edilən Serj Sarkisyan itihamları qəbul etməmişdi. Onun vəkilləri isə baş verənləri siyasi sifarişin nəticəsi olaraq dəyərləndirirdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı