Modern.az

15 minə yaxın çətənə kolu məhv edildi 

15 minə yaxın çətənə kolu məhv edildi 

31 May 2024, 20:57

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Ordubad və Culfa Rayon Polis şöbələrinin, həmçinin Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş 14790 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq, yandırma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı