Modern.az

I Liqanın pley-off oyunlarının vaxtı və yeri açıqlandı - Cəbrayıl” – “Araz Saatlı

I Liqanın pley-off oyunlarının vaxtı və yeri açıqlandı - “Cəbrayıl” – “Araz Saatlı”

İdman

1 İyun 2024, 08:08

I Liqada çıxış etmək üçün pley-off oyunlarının vaxtı müəyyənləşib.

Modern.az saytı xəbər verir ki, Peşəkar Futbol Liqası "Araz Saatlı" - "Cəbrayıl" klubları arasında keçirləcək pley-off oyunları haqda məlumat yayıb.

İlk görüşə “Cəbrayıl” klubu ev sahibliyi edəcək.

Belə ki, birinci oyun iyunun 9-u saat 18:30-da “ASCO Arena”da keçiriləcək.

Cavab oyunu isə iyunun 15-də olacaq. İyun ayının 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlərlə bağlı baxış keçiriləcək. Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu