Modern.az

Ərdoğan Azərbaycanla bağlı iki sənədi təsdiqlədi

Ərdoğan Azərbaycanla bağlı iki sənədi təsdiqlədi

1 İyun 2024, 11:08

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib.

Modern.az xəbər verir ki, bununla bağlı müvafiq sənədlər "Resmi Gazete" yayımlanıb.

Sənədə əsasən, 2022-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” qüvvəyə minib.

Bundan əlavə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 13-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”i də təsdiqləyib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu