Modern.az xəbər verir ki, bu gün Milli Məclisdə 2014-cü il büdcəsinin müzakirəsi zamanı Mübariz Qurbanlı büdcə xərclərinin azaldılması ilə bağlı təkliflər verib.
“Bizim idxal və ixrac etdiyimiz məhsulların həcmi təhlil edilməldir, müqayisə olunmalıdır. Biz nəyi çox idxal, nəyi çox ixrac etdiyimizi öyrənməliyik. Çox təəssüflər olsun ki, bizim idxalımız üçün ən vacib olan məmulatları hələ də görmürük”-deyə deputat bildirib. M. Qurbanlının sözlərinə görə, Azərbaycanda texno- parkların salınması ağır sənayenin inkişafı üçün milli proqramların həyata keçirilməsi ilə paralel olaraq mütləq yüngül sənayenin inkişafına təkan verilməlidir. “ÜDM-in sahə strukturunda kənd təsərrüfatı məhsulları 42 faiz yer tutur. Ona görə kənd təsərrüfaıt sahəsinin inkişafına diqqət daha artırılmalıdır”. Millət vəkili Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducuların tikilməsinə də diqqət çəkib. “Bu çox gözəl proqramdır. Bunu çoxlatmaq lazımdır. Çünki Azərbaycanın elə bölgələri var ki, orada meyvə, tərəvəz kifayət qüədərdir. Amma onların ixrac edilərək xaricdə satılması imkanları çox məhduddur. Çünki bazar özü də məhduddur. Ona görə, də soyuducu anbarların tikintisini genişləndirmək lazımdır. İkincisi, meyvə tərəvəz məhsullarının emalı müəssisələri yaradılır. Amma emal müəssisələrinin işləmək istehsalat və gəlir əldə etmək imkanları məhduddur. Buna səbəb enerji daşıyıcılarının qiymətinin yuxarı olmasıdır. Bir çox ölkələrdə belə müəssisələri enerji daşıyıcıları vətəndaşlarla müqayisədə güzəştli şrətlələr verilir. Biz mütləq buna getməliyik, əks halda kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müsəsisələr rentabelli olmayacaq”.
Aytən ƏLİYEVA