Modern.az

Şahdağa və Gədəbəyə dolu düşüb

Şahdağa və Gədəbəyə dolu düşüb

1 İyun 2024, 15:53

İyunun 1-i saat 15:00-a olan məlumata əsasən, Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 32, Aran rayonlarında 33, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?