Modern.az

Ruslar Xarkovu yenidən vurdu - 9 ölü

Ruslar Xarkovu yenidən vurdu - 9 ölü

Dünya

1 İyun 2024, 19:10

İyunun 1-də Xarkov şəhərinin növbəti dəfə raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayı 9 nəfərə çatıb, 26 nəfər isə xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xarkov Şəhər Prokurorluğu məlumat yayıb.

 

“9-cu qurbanın cəsədi dağılmış evlə qaraj arasında tapılıb”, - deyə prokurorluğun məlumatında bildirilir.

 

Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov isə bildirib ki, ölənlər arasında 39, 68 və 86 yaşlı üç qadın var.

 

Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...