Modern.az

Naxçıvanda qəza - Yaralı var

Naxçıvanda qəza - Yaralı var

Hadisə

1 İyun 2024, 23:09

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin "Atabəylər" küçəsində qeydə alınıb. 75 BC 601 dövlət nömrə nişanlı "Kia" markalı avtomobil velosipedlə hərəkət edən 2005-ci il təvəllüdlü İbrahimli Okan Hamlet oğlunu vurub. O Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, xəstəyə sağ dirsək və sağ ayaq qapağının yerdəyişməmiş sınığı diaqnozu qoyulub. Hazırda müalicəsi davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir