Modern.az

Qubada minifutbol turniri

Qubada minifutbol turniri

İdman

2 İyun 2024, 13:04

AFFA-nın təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba şəhərində festival xarakterli minifutbol turniri keçirilib.

 

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 8 komanda iştirak edib və ümumilikdə 80-dən çox uşaq cəlb olunub.

 

Turnirdə mübarizə aparan komandaların hər bir üzvünə AFFA tərəfindən toplar hədiyyə olunub.

 

Hədiyyələri iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, həmçinin, mütəxəssislər Orxan Mikayıllı və Ziya Səfərov təqdim ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI