Modern.az

14 PKK terrorçusu MƏHV EDİLDİ

14 PKK terrorçusu MƏHV EDİLDİ

Dünya

2 İyun 2024, 14:02

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Hakurk və Metina bölgələrində aşkarlanan 14 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

 

Milli Müdafiə Nazirliyinin bəyanatı belə deyilir:

 

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk və Metina bölgələrində müəyyən edilən 14 PKK terrorçusunu, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində isə 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...