Modern.az

Xətaidə ev YANDI

Xətaidə ev YANDI

2 İyun 2024, 18:30

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə, tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd kondisioner və bitişik sahəsi 20 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.

 

Evin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu