Modern.az

Altay Göyüşov BDU-da işdən çıxarılıb

Altay Göyüşov BDU-da işdən çıxarılıb

13 Noyabr 2013, 09:47


"Azadlıq" radiosunun məlumatına görə, tanınmış ilahiyyatçı Altay Göyüşov işdən çıxarılıb. Bu barədə onun özü Facebook-da yazıb. A. Göyüşov  yazıb ki, noyabrin 12-də Bakı Dövlət Universitetinin rəhbərliyi ondan öz ərizəsi ilə işdən çıxmağı tələb edib. Bunun ardınca isə müəllimi dərs gedə-gedə audioriyadan çıxarıblar. Altay Görüşovun sözlərinə görə, bunun səbəbi Facebook-dakı fəallığıdır.

"Mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır", - Altay Göyüşov yazıb.

Məsələ ilə bağlı BDU-nun da mövqeyini öyrənməyə çalışacağıq.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır