Modern.az

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

13 Noyabr 2013, 09:51

Təmir işləri ilə əlaqədar bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, bu gün saat 10:00-dan Şirvan şəhərinin bir hissəsinə, saat 10:00-dan 12:00-dək Ağsu, Goranboy və Şəmkir rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 11:00-dan 3 gün müddətində Şamaxı rayonunun Hacılı, Qızmeydan, Əhmədli kəndlərinə və Qobustan rayonunun Hilmilli kəndinə, saat 11:00-dan 17:00-dək Şabran rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Tovuz rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq. 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır