Modern.az

Prezidentin Türkiyə səfəri fitnə yaratmağa çalışan qüvvələrə dəyərli cavabdır” - MÖVQE

Prezidentin Türkiyə səfəri fitnə yaratmağa çalışan qüvvələrə dəyərli cavabdır” - MÖVQE

Parlament

13 Noyabr 2013, 11:17


“Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər proqramı hər zaman iki qardaş xalq, ölkə və dövlət arasında fitnə- fəsad yaratmağa çalışan daxili və xarici qüvvələrə dəyərli bir cavabdır. Hesab edirəm ki, bu səfər müasir müstəqillik tariximizə ən yadda qalan və əlamətdar səfərlərdən biri kimi yazılacaq”.

Bu sözləri Modern.az –a açıqlamasında Milli Məclisin üzvü Məlahət İbrahimqızı dövlət başçısının Ankaraya rəsmi səfərini şərh edərkən bildirib. Deputatın sözlərinə görə, bu səfər və səfər proqramı çərçivəsində səslənən bütün fikirlər hər iki ölkənin siyasətçilərinin də gələcək fəaliyyətinin ən önəmli istiqamətlərinin bir daha göstərdi. “Hər iki dövlət başçısının bir birlərini ölkələrimizin  ali mükafatı ilə təltif etmələri, bu iki ölkənin əbədi birliyinin göstərisi idi. Prezidentimiz Türkiyənin Azərbaycan üçün ən yaxın dost, qardaş və müttəfiq olduğunu, bu birliyin bölgə üçün həyati önəm daşıdığını xüsusi vurğuladı”-deyə M.İbrahimqızı vurğulayıb. Deputatın fikrincə, Azərbaycan prezidentinin bu mükafatla təltif edilməsi təkcə Azərbaycan və Türkiyə dostluq və qardaşlığındakı xidmətinə deyil bütövlükdə fəaliyyətinə verilən bir qiymətdir.

“Cənab İlham Əliyevin Türkiyə prezidentinə Heydər Əliyev ordenini təqdim edərkən Abdulla Gülün bu ordenin eyni millətin iki parçası olan dövlətlərin qardaşlıq bağlarının gücləndirilməsində xüsusi önəmi olduğunu özəl olaraq vurğuladı. Bu səfər və səfər proqramı həm də bugünlərdə xalqımızın prezident seçkisinin qələbə sevincini yeni sevinc qatmış oldu və bu təltiflər qardaşlıq və dostluq sevgisini ifadə etmiş oldu”-deyə M.İbrahimqızı sonda bildirib.

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...