Modern.az

Recayna şəhərinin meri Müstəqillik günü ilə bağlı bəyannamə İMZALADI

Recayna şəhərinin meri Müstəqillik günü ilə bağlı bəyannamə İMZALADI

3 İyun 2024, 11:42

Kanadanın Saskatçevan (Saskatchewan) əyalətinin Recayna (Regina) şəhərinin meri Sandra Masters Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə bağlı bəyannamə imzalayıb.

 

Modern.az xəbər verir ki, 28 May tarixi Recayna şəhərində “Azərbaycanın Müstəqillik Günü” elan olunan bəyannamədə mer Sandra Masters yerli sakinləri Azərbaycan icmasının bayramını tanımağa dəvət edib.

 

Qeyd edək ki, mayın 28-də müstəqilliyimizin 106-cı ildönümü münasibətilə Recayna şəhərində “Recayna Siti Hol” (“Regina City Hall”) mərkəzinin önündə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?