Modern.az

Bakıdan Küveytə uçuşlar bərpa edilir

Bakıdan Küveytə uçuşlar bərpa edilir

3 İyun 2024, 13:28

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 15-dən Bakıdan Küveytə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.

 

Modern.az bu barədə AZAL-a istinadən xəbər verir.

 

Məlumata görə, ilkin mərhələdə aviadaşıyıcı həftədə iki dəfə - çərşənbə və şənbə günləri reyslər həyata keçirəcək.

 

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var