Modern.az

Əsgərlərdən rüşvət alan komandir həbs edildi

Əsgərlərdən rüşvət alan komandir həbs edildi

Ölkə

3 İyun 2024, 14:12

Azərbaycanda N saylı hərbi hissənin bölük komandiri həbs edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

 

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

 

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı