Modern.az

Baş redaktorlar “Azadlıq” və "Yeni Müsavat" barədə danışdılar: “Öz problemlərini gündəmə gətirməsinlər”

Baş redaktorlar “Azadlıq” və "Yeni Müsavat" barədə danışdılar: “Öz problemlərini gündəmə gətirməsinlər”

13 Noyabr 2013, 12:55


“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin problemlərlə üzləşməsi çap mediasının maliyyələşmə müşkülünü yenidən gündəmə daşıyıb. Modern.az bir neçə nəşrin baş redaktorundan bu mövzuda açıqlama alıb.

“525-ci qəzet”in redaktoru Rəşad Məcid qəzetləri iqtisadi şərtləri nəzərdən qaçırmamağa səsləyir: “Neçə illərdir qəzetlərimizin iqtisadi problemləri qabarıqdır. Bununla bağlı bəlkə də 10 ildən artıqdır ki, Mətbuat Şurasında yollar axtarırıq. KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb. Bu, qəzetlərin iqtisadi vəziyyətinə bir çıxış yolu kimi nəzərdə tutulub və qəzetlərin yaşaması üçün yardımdır. İndi hansısa qəzetin məhkəmə cərimələri və s. ucbatından çapında problem yaranırsa, bu, həmin nəşrin öz problemdir. Gərək indiki bazar iqtisadiyyatı dövründə bütün iqtisadi şərtləri nəzərə alasan. Çünki həm satış, həm reklam məsələlərində çətinliklər var. Qəzetlər bunları nəzərə almalıdır ki, çətin rəqabət şəraitində özlərini qoruyub saxlaya bilsin”.

“Şərq” qəzetinin redaktoru Akif Aşırlı: “Bilirsiniz, indi heç bir mətbuat orqanı deyə bilməz ki, onun problemləri yoxdur. Kifayət qədər problemlər var. Sadəcə bu problemlərin həlli yolları da mövcuddur. Problemsiz insan olmadığı kimi problemsiz qəzet də yoxdur. Ancaq bu problemi böyütmək, ictimaiyyətin gündəminə gətirmək o qədər də doğru deyil”.

“Olaylar” qəzetinin redaktoru Yunus Oğuz da problemi yaşamayanlardandır: “O qəzetlərin borcu zaman-zaman olub. Bizim maliyyə problemimiz yoxdur. Nə mətbəəyə ödəmədə, nə əmək haqqında”.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır