Modern.az

Deputat İranı YIXDI-SÜRÜDÜ: “Tehran bizimlə Yezid kimi davranır”

Deputat İranı YIXDI-SÜRÜDÜ: “Tehran bizimlə Yezid kimi davranır”

Parlament

13 Noyabr 2013, 13:05

“İranın Azərbaycandakı tör-töküntülərinə üzümü tutub deyirəm: Kişiliyiniz çatırsa, aksiya keçirin”

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev İranın Naxçıvana yolu bağlamasını kəskin tənqid edib. Modern.az saytı bildirir ki, deputat İran rəsmilərinin bu addımını müsəlman həmrəyilyi ilə bir araya sığmadığını deyib.

“Özünü İran İslam Respublikası adlandıran ölkə Naxçıvanın yolunu bağlayıb. Rusiyanın miqrasiya ilə bağlı hücumundan istifadə edən İran da fəaliyyətini gücləndirib. İran rəhbərliyi bizimlə suyu kəsən Yezid kimi davranır. Milli Məclis İslam Əməkdaşlıq Təşkilatı və BMT-yə müraciət edərək, İranin bu hərəkətini pisləməlidir”-deyə deputat vurğulayıb.

Q.Həsənquliyev diaspor fəaliyyətini gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Əgər İrandakı azərbaycanlılar milli kimliyini dərk etsəydilər, indi mollalar cəsarət tapmazdılar ki, Azərbaycanla belə davransınlar. İranın azərbaycandakı tör-töküntülərinə üzümü tutub deyirəm: İslam həmrəyliyindən çıxış edərək, İsrail və ABŞ bayraqlarını yandırırdılar. İndi kişiliyiniz çatırsa, İrana qarşı aksiya keçirin”.

Millət vəkili hərbi xərclərin daha da artırılmasına çağırıb.

“Çox təəssüf ki, böyuk vəsait təmir-tikinti xərclərinə ayrılır. 20 faiz torpağımız  işğal altındadır. Amma büdcə vəsaitlərinin 8,2 faizi müdafiə xərclərinə ayrılır. Hərbi xərclər 20-22 faizə qədər çatdırılmalıdır”-deyə deputat bildirib.

Q.Həsənquliyev Naxçıvana ayrılan dotasiyanın artırılmasının vacibliyini bildirib.

“Blokada vəziyyətində olan Naxçıvana dotasiyanın həcmi azdır. Bu artırılmalıdır ki, ora boşalmasın. Yeni iş yerləri açılmalıdır”.

Deputat həmçinin xarici banklarda saxlanılan neft pullarının ölkəyə gətirlməsini və

banklar vasitəsilə aşağı faizlərlə kredit verilməsini təklif edib. “Bu gün banklarımız xaricdən gedib 7 faizlə pul götürür, Azərbaycanda isə bu vəsaiti 16 və ya bəzən yuxarı faizlərlə sahibkarlara kredit verir. Azərbaycanın xarici banklarda olan pulları isə 0,89 faiz gəlir gətirir. Olmaz ki, bunu Azərbaycana gətirib sahibkarlara 10 faiz kreditlə versinlər? Bu, ölkədə yeni iş yerlərinin açılmasına yardımçı olar”.

Spiker Oqtay Əsədov bildirib ki, deputatın qaldırdığı məsələlərə hökümət münasibət bildirib.
”Demək istəyirəm ki, bütün rezerv pulların hamısını hökumət kredit formasında verə bilməz. Bu, ciddi problem yaradar”.

O.Əsədov İran əleyhinə bəyanatı narazılıqla qarşılayıb. “Çıxışın əvvəlində elə dediniz ki, elə bil Azərbaycana qarşı səlib yürüşləri başlayb. İran və Rusiya ilə danışıqlar başlayıb və bu problemlər öz həllini tapacaq. Məsələni bu qədər şişirtməyək. Danışanda bir az ehtiyatlı davranaq”-deyə spiker bildirb.

Aytən Əliyeva  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...