Məlum olduğu kimi Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi, professor Cəmil Həsənli ABŞ-a yola düşüb. Səfərə qardaş Türkiyədən başlayan C. Həsənli hazırda Ankaradadır. Milli Şuranın mətbuat xidmətinə səfəri ilə bağlı məlumat verən Cəmil Həsənli bildirib ki, bu gün Ankarada keçirilən bir konfransda iştirak edəcək və sabah ABŞ-a səfərini davam etdirəcək:
"Hələ ki, Ankaradayam və burada "90 yılında Lozan ve Turkiye Cumhuriyyeti" adlı Atatürk Araşdırma Mərkəzi və Ankara Hacıtəpə Universitetinin birgə keçirdiyi bir konfransda məruzəm var. Eyni zamanda günortadan sonra keçiriləcək bir iclasa sədrlik edəcəm. Noyabrin 14-ü burdan Vaşinqtona uçacam.”
Modern.az