Modern.az

Deputatdan TƏKLİF: “Dövlət kənddə yaşayan Qarabağ əlilləri üçün fərdi evlər tiksin!”

Deputatdan TƏKLİF: “Dövlət kənddə yaşayan Qarabağ əlilləri üçün fərdi evlər tiksin!”

13 Noyabr 2013, 13:23


Milli Məclisin bu günkü iclasında deputat Qənirə Paşayeva Qarabağ müharibəsi nəticəsində əlil olmuş döşüçülərin sosial problemlərini qaldırıb. Modern.az bildirir ki, millət vəkili kənd yerlərində yaşayan Qarabağ əlilləri üçün yaşayış evlərinin tikilməsini təklif edib.

“Kəndlər yaşayan Qarabağ əlillərinə fərdi yaşayış evlərinin tikilməsini təklif edirəm. Fikrimcə, 2014-cü ildə bu problem öz həllini tapmalıdır”-deyə deputat bildirib. Q. Paşayevanın sözlərinə görə, Qarabağda şəhid olanların ailələrinin  mənzil problemi var və 2011-ci ildən bu yana onlara ev veirlmir.  

Bundan başqa deputat ödənişli əsaslarla universitetlərə daxil olan birinci qrup əlillərin təhsil haqqından azad olunmasını təklif edib. “Onların sayı o qədər də çox deyil. Bu büdcədə o qədər də problem yaratmaz. Bu əlillərə böyük dəstək olardı. Çünki onlara verilən müavinətlər təhsil haqlarını o qədər də ödəmək iqtidarında deyillər”.  

Deputat eyni zamanda yataqxanalar probleminə toxunaraq bildirib ki, universitetə rayondan gələnlərin yataqxanalarda yerləşdirilməsi ciddi problemdir.  “Elə ailələr var ki, uşaqlarını burada oxutmaq üçün kirayə ev tuta bilmir.  Bu problem həll olunmalıdır. Rektorlar bu məsələyə ciddi nəzartət etməlidir ki, yataqxanalar yenidən bərpa olunsun”.  

Q. Paşayeva ipoteka kreditlərinin faiz dərəcələrinin yüksək olmasından narazlıq edib. “Bu faizlərlə hər hansı vətəndaşın  ev alması çox çətindir. İnsanların bütün ümidi ipotekaya qalıb. İpotekaya böyük ehtiyac var.  Müraciətlər çoxdur. Orta aylıq əmək haqqı alan insanın ipotekadan kənar ev alması çətindir. Buna görə ipotekaya ayrılan vəsaitin artması insanların ev almasına kömək edərdi”.

Aytən Əliyeva  
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır