Modern.az

İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkına gedib

İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkına gedib

13 Noyabr 2013, 13:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 13-də Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olub.

Səkkiz hektara yaxın ərazisi olan parka 2008-ci ilin iyununda Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin adı verilib. Parkın mərkəzində Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidənin müəllifi Azərbaycan heykəltəraşı Natiq Əliyevdir. Dövlətimizin başçısı Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Parkda musiqili fəvvarə tikilmiş, ağac və gül kolları əkilmiş, uşaqların əylənməsi üçün xüsusi qurğular quraşdırılmış, sakinlərin istirahətinin səmərəli təşkili, idmanla məşğul olmaları üçün də lazımi şərait yaradılıb.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır