Modern.az

Azərbaycanda 11 nəfəri ilan sancıb

Azərbaycanda 11 nəfəri ilan sancıb

Hadisə

4 İyun 2024, 10:12

May ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib.

 

Bu barədə Modern.az-a KTM-dən məlumat verilib.

 

Qeyd olunub ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.

 

Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

 

Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU