Modern.az

Siyasi partiyalarda “mühacirət köçü” ADP-dən oldu, bəs qalanlar?

Siyasi partiyalarda “mühacirət köçü” ADP-dən oldu, bəs qalanlar?

13 Noyabr 2013, 13:28


Seçkidən sonra ölkədə onlara təzyiqlərin olduğunu əsas gətirib xaricdə siyasi sığınacaq alanlar var. “Mühacirət dalğası”nın ilki Azərbaycan Demokrat Partiyasından (ADP) oldu. Partiyada ikinci şəxs hesab edilən Vaqif Şirinov Avropa dövlətlərindən birinə üz tutub. Bəs başqa partiyalarda vəziyyət necədir?

Modern.az partiya funksionerlərindən hazırkı vəziyyəti öyrənib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı deyib ki, son seçkilərdən sonra xaricə mühacirətə gedən olmayıb: “Bizə belə müraciət daxil olmayıb. Bu məsələ bizim üçün gözlənilən deyil. Xaricə niyə getsinlər ki?!”.

Müsavat Partiyası başqanının müavini Meham Cavadoğlu da xaricdə siyasi sığınacaq almaq istəyənlərin olmadığını deyib.

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Samir Əsədli bildirib ki, hazırda partiyadan mühacirətə gedən yoxdur: “Əvvəllər siyasi təzyiqlərə görə sığınacaq alanlar olub. Amma indi heç kim getməyib”.

Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) və Açıq Cəmiyyət Partiyasından da (ACP) xaricə gedənlərin olmadığını bildirdilər.

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır