Ana Vətən Partiyasından istefa vermiş deputat Zahid Orucun parlamentdə boş qalmış kreslosunun yeni sahibi bəlli olub. Modern.az bildirir ki, bu gündən deputat Çingiz Qənizadə Fəzail Ağamalı ilə yanbayan oturur. Parlamentin bu gün davam edən plenar iclasında Ç.Qənizadə artıq təzə yerinidə əyləşib.
“Bundan sonra mən bu kresloda oturacağam”-deyə deputat Modern.az-a bildirib.
Çingiz Qənizadə iclasdakı çıxışında isə qeyd edib ki, hökumət kənd yerlərində yaşayan əhaliyə ipoteka krediti verilməsi barədə düşünməlidir. “Bu kateqoriyadan olan insanlara 15-20 min manat civarında ipoteka krediti verilməsi mümkündür. Dövlət büdcəsində də bu məqsədlər üçün vəsait ayrılmasında problem yoxdur”.
Çingiz Qənizadə təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Deputat qeyd edib ki, kəndlərdə müəllim çatışmazlığı var. “Kəndlərdə məktəb müəllimləri azlıq təşkil edir. Gənc kadrların kənd yerlərində fəaliyyətini davam etdirməsi üçün şərait yaradılmalı və güzəştlər edilməlidir. Buna görə də universitetlərdə təyinat məsələsi olmalıdır. Təhsil Nazirliyi buna diqqət yetirsin”.
Aytən Əliyeva