Modern.az

Xaçmazda məktəbli BIÇAQLANDI - YENİLƏNİB

Xaçmazda məktəbli BIÇAQLANDI - YENİLƏNİB

Hadisə

4 İyun 2024, 14:40

31 may tarixində axşam saat 22:00 radələrində Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbinin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan həmyaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

 

Modern.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən APA-ya bildirilib.

 

Qeyd olunub ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib: “Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb”.

***

Xaçmaz rayonunda bıçaqlanma olub.

 

Modern.az xəbər verir ki, rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi olan A.B.-nin sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirdiyi bildirilir. Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov APA-ya bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU