“Keçmiş prezidentlərdən yalnız Serj Sarkisyanla görüşmüşəm”.
Modern.az xəbər verir ki, bunu iyunun 4-də jurnalistlərlə söhbətində Ermənistandakı etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan deyib.
“Başqa eks-prezidentlərlə görüşməmişəm, buna heç bir səbəb də yox idi. Onlar da görüşmək istəklərini bildirməyiblər”, - deyə o əlavə edib.
Qeyd edək ki, etirazçılar bu gün də İrəvanda aksiyalara davm edirlər.