Modern.az

REAL təmsilçisi Hərəkatın fəaliyyət sirlərini açıb-tökdü

REAL təmsilçisi Hərəkatın fəaliyyət sirlərini açıb-tökdü

13 Noyabr 2013, 14:25


“Əsas iki istiqamətdə fəaliyət göstəririk. Birinci istiqamətimiz hərəkatın sədri İlqar Məmmədovun həbsi ilə bağlı işləri davam etdirməkdir. Onun azadlığa çıxması üçün bizdən asılı olan bütün məsələləri beynəlxalq təşkilatların diqqətinə çatdırırıq. Bütün bunlarla bağlı mətbuata açıqlamalar vermirik, çünki bu, gündəlik işimizdir”.

Bunu Modern.az-a açıqlamasında REAl Hərəkatı İdarə Heyətinin üzvü Natiq Cəfərli deyib. N.Cəfərli ikinci istiqamətin təşkilatın gücləndirilməsi ilə bağlı olduğunu bildirib: “İkinci istiqamət isə təşkilatlın genişləndirilməsi, başqa bir formata keçirilməsi, alt yapının hazırlanması ilə bağlıdır. Bu, çox ağır prosesdir. Biz alt yapını ciddi şəkildə hazırladıqdan sonra ictimaiyyətə bununla bağlı geniş məlumat verəcəyik. Yəqin ki, bu proses bir neçə ay davam edəcək. Hər iki istiqamətdə gündəlik ciddi iş gedir”.

REAL funksioneri hərəkatın qarşıdan gələn bütün seçkilərə hazırlaşdığını qeyd edib: “Ölkədə keçiriləcək bütün seçkilərdə aktiv iştirak etməyi düşünürük. Təbii ki, gələn il keçiriləcək bələdiyyə seçkilərində də qatılacağıq. Azərbaycan yeganə ölkədir ki, Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri, ölkədə  böyük şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçısı seçkilərinin keçirilməsi ilə bağlı öhdəliklərə əməl etməyib. Ola bilsin ki, böyük şəhər bələdiyyələrinə seçkilər keçirilsin. Bu halda REAl öz namizədi ilə seçkilərdə iştirak edəcək”.

 
İlkin PİRƏLİ  
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır