Modern.az

Mərkəzi Bank “AFB Bank”la bağlı məcburi sərəncam verdi

Mərkəzi Bank “AFB Bank”la bağlı məcburi sərəncam verdi

İqtisadiyyat

4 İyun 2024, 13:50

Azərbaycan Mərkəzi Bankı (AMB) “AFB Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.

 

Modern.az bu barədə AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, inzibatçı təyinatı ilə bağlı qərarın qəbul edildiyi tarixdən 5 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” qanunun 15.2-ci maddəsi ilə müəyyən edilmiş tələbə “AFB Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq banka daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi