Modern.az

Ontario rəsmiləri Azərbaycan icmasını təbrik ediblər

Ontario rəsmiləri Azərbaycan icmasını təbrik ediblər

Diaspor

4 İyun 2024, 13:30

Kanadanın Ontario əyalətinin rəsmi şəxsləri və siyasi partiya rəhbərləri 28 May – Müstəqillik Günü ilə bağlı Azərbaycan icmasını təbrik ediblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, Ontario Qanunvericilik Assambleyasının spikeri Ted Arnot, Assambleyanın deputatı Marit Stayls, Quelf əyalətinin deputatı Mayk Şrayner və Cənubi Ottava əyalət parlamentinin üzvü Con Freyzer, Ontario Liberal Partiyasının lideri Bonni Krombi Azərbaycanın Müstəqillik Günü münasibətilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə təbrik məktubları ünvanlayıblar.

 

Məktubda Ontario əyalətinin rəsmiləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə əlaqədar olaraq Ontario Qanunvericilik Assambleyasının qarşısında Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması münasibətilə icmamızı təbrik ediblər. Bu əlamətdar hadisənin bütün dünya xalqlarını birləşdirən ümumi azadlıq, müstəqillik və birlik dəyərlərinin sübutu olduğunu bildiriblər.

 

Qeyd edək ki, mayın 28-də Azərbaycanın Müstəqillik Günü münasibətilə Ontario əyalətinin Qanunvericilik Assambleyasının qarşısında Azərbaycan Bayrağı ucaldılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?