Modern.az

“Azadlıq” dərdini ictimaiyyətlə bölüşdü: “Belimiz qırılıb”

“Azadlıq” dərdini ictimaiyyətlə bölüşdü: “Belimiz qırılıb”

13 Noyabr 2013, 14:33

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofisində “Azadlıq” qəzetinin çapını dayandırması ilə bağlı mətbuat konfransı keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə ölkənin media təmsilçiləri ilə yanaşı, ictimai-siyasi xadimləri və diplomatik korpusun nümayəndələri də iştirak edib.

“Azadlıq” qəzeti baş redaktorunun 1-ci müavini Rahim Hacıyev deyib ki, 1 ildən çoxdur ki, hakimiyyət azad mətbuata qarşı kampaniya aparır: “Artıq qəzet satışının bel sütunu olan əl yayımı rəsmən qadağan olunub. Arxasınca məhkəmə işləri başladı. 2012-ci ilin apreldə qəzetdə getmiş bir materiala görə, Prezident Administrasiyası “Azadlıq”ı məhkəməyə verdi. Onların nəzərinə çatdırdıq ki, bu materiallar bütün dünya mətbuatında çap olunub. Daha sonra Metropoliten rəisi Tağı Əhmədov 30 min manatlıq məhkəmə iddiası ilə çıxış etdi. Onunla da anlaşdıq. Amma sonradan o, bu razılaşmanı pozdu və məbləği tələb etdi.
“Binə” bazarının rəhbəri Kəbirə Məmmədova da qəzetin əməkdaşı Ramin Dekonu və qəzeti cərimələtdirdi. Məhkəmə qəzetin bank hesabına həbs qoydurdu. İndi də qəzetlərin metroda satışına qadağa qoyulub”.

R. Hacıyev “Qasid” firmasının “Azadlıq”a 50 min manat borcunun olduğunu bildirib: “Bu, oktyabr ayına qədər olan məbləğdir. ““Azadlıq” qəzetinin rəsmən çökdürülməsi prosesi aparılır. “Azərbaycan” Nəşriyyatı da bizi yerləşdiyimiz binasından çıxarmaq istəyir. Səbəb yığılıb qalan borclardır”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır