Noyabrın 12-də saat 16.00 radələrində Şirvan şəhəri M.Mirzəyev küçəsində şəhər sakini Zaur Zərbəliyev idarə etdiyi “KİA” markalı avtomobillə dayanacaqda dayanmış Salyan rayon sakini Fəridə Dadaşovanı vurub. DİN-in verdiyi məlumata görə, xəsarət almış F.Dadaşova xəstəxanaya yerləşdirilib və orada ölüb.
Bununla əlaqədar hadisə yerinə gəlmiş ATV telekanalının operatoru Əli İbrahimov çəkiliş apararkən Zaur Zərbəliyev buna maneəçilik törədib, videokameranı sındırıb və onu döyüb.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.
Modern.az