Modern.az

Millimiz Türkiyə yığmasına qalib gəldi

Millimiz Türkiyə yığmasına qalib gəldi

İdman

4 İyun 2024, 21:08

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edib.

 

Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.

 

Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib.

 

Qeyd edək ki, komandamız mayın 31-də "ay-ulduzlar"a 0:1 hesabı ilə məğlub olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI