Modern.az

Bu imtahan da ödənişli olacaq

Bu imtahan da ödənişli olacaq

4 İyun 2024, 16:40

Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik təklif edilir.

 

Dəyişikliyə əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İmtahanda iştirak ödənişlidir. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. (Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!