Modern.az

İrəvanda aksiya iştirakçılarına cinayət işi açıldı

İrəvanda aksiya iştirakçılarına cinayət işi açıldı

4 İyun 2024, 16:49

Ermənistan Xarici işlər Nazirliyinin qarşısında aksiya keçirən şəxslər barəsində cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, “Tavuş naminə Vətən” hərəkatının aksiyası zamanı xuliqanlıq etməkdə təqsirləndirilən 5 nəfər barəsində cinayət işi açılıb.

 

Qeyd edilib ki, barələrində cinayət işi açılan şəxslər mayın 31-də Ermənistan Xarici işlər Nazirliyinin qarşısında keçirilən aksiya zamanı xuliqanlıq əməlləri törədiblər.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...