“İslam Əməkdaşlıq Təşkilatına Şuşanı gənclər paytaxtı seçdiyinə görə təşəkkür edirəm".
Modern.az xəbər verir ki, bu sözləri Şuşa İslam Əməkdaşlıq Təşkilatının 10-cu Gənclər Paytaxtına ev sahibliyi tədbirinin açılış mərasiminə videokonfrans vasitəsilə qoşulan Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, gənclər Şuşada fəaliyyət göstərərək öz töhfələrini verəcəklər:
"Biz bu il Şuşa əhalisini yenidən salamlayırıq. İslam Əməkdaşlıq Təşkilatına Şuşanı gənclər paytaxtı seçdiyinə görə təşəkkür edirik".