“İlham Əliyevin Türkiyə prezidenti ilə görüşü Azərbaycan və Türkiyə münasibətlərini ən yüksək səviyyədə yeniləndirdi”. Modern.az xəbər verir ki, millət vəkili Azay Quliyev Abdulla Gül və İlham Əliyevin görüşü barədə danışarkən belə deyib.
“Onların görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti var. Bir daha Azərbaycan və Türkiyə münasibətləri ən yüksək səviyyədə yeniləndi. Türkiyə güclü müttəfiqdir. Digər tərəfdən, konkret sahələr üzrə imzalanan müqavilələrin gələcəkdə həm Azərbaycan, həm də Türkiyənin istər iqtisadi, istərsə də siyasi təhlükəsizliyinə, digər ümumi iş birliyinə xüsusi töhfəsi olacaq”.
Dağlıq Qarabağın mərkəzi Xankəndində Ermənistan ordusunun kəşfiyyat günü münasibətilə keçirdiyi hərbi təlimlər zamanı erməni əsgərlərinin Azərbaycan və Türkiyə bayraqlarının təhqir olunmasına münasibət bildirən deputat bunu bildirdi:
“Bizim media da bunu tirajladı. Mən bunun əleyhinəyəm. Biz buna çox fikir verməməliyik. Ordumuzun gücü ilə həmin bayrağı Xankəndinə, Şuşaya sancanda, bu, artıq cavabımız olacaq”.
Aytən ƏLİYEVA