Modern.az

Mədən çökdü, 30 nəfər dağıntılar altında qaldı 

Mədən çökdü, 30 nəfər dağıntılar altında qaldı 

4 İyun 2024, 22:55

Nigeriyanın mərkəzində yeraltı qızıl mədəni çöküb. Nəticədə azı 30 şaxtaçı dağıntılar altında sıxışaraq qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nigeriyanın Dövlət Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

 

Məlumata görə, hadisə rayonun Qalkoqo kəndindəki yeraltı qızıl mədənində yağışın torpağı yumasından sonra baş verib. Altı mədənçi ağır yaralanıb, lakin təxliyə edilib. Qalan mədənçilərin xilasetmə işləri davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...