Noyabrın 15-də saat 15:00-da Bakı Kitab Klubunda (M.Sübhi 13) Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin oğlu rəssam Azər Rəsulzadəyə həsr olunmuş "Azərbaycan həsrəti" adlı kitabın təqdimatı keçiriləcək.
Modern.az xəbər verir ki, jurnalist Nəcibə Bağırzadənin müəllifi olduğu bu kitab Azər Rəsulzadənin vəfatının 20-ci ildönümünə ithaf edilir. Kitab Qazaxıstanda sürgün həyatı yaşamış Azər Rəsulzadənin ömür yolunu, həyat hekayəsini anladır.
Təqdimatda kitabın müəllifi ilə yanaşı, Azər Rəsulzadənin oğlu əməkdar rəssam, Azərbaycan Pedaqoji Universitetinin dosenti Rəis Rəsulzadə də iştirak edəcək.
Eləcə də təqdimat mərasimində M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları Nəsiman Yaqublu, Teyyub Qurban, Yadigar Türkel və digər ziyalıların iştirakı nəzərdə tutulub.
Modern.az