Modern.az

Ürəyin işemik xəstəliyini proqnozlaşdırmağın yeni üsulu tapıldı

Ürəyin işemik xəstəliyini proqnozlaşdırmağın yeni üsulu tapıldı

Aktual

5 İyun 2024, 08:00

Çinin Sinhua Universitetinin alimləri termal görüntü cihazı ilə qeydə alınmış üz görüntüləri və süni intellektin (Sİ) kombinasiyası ürəyin işemik xəstəliyinin (ÜİX) mövcudluğunu dəqiq proqnozlaşdıra bilirlər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Araşdırmanın nəticələri "BMJ Health & Care Informatics" jurnalında dərc olunub.

 

Alimlər izah ediblər ki, yeni üsul termal görüntüyə əsaslanır. Bu tip tədqiqat infraqırmızı detektorlardan istifadə edərək obyektin səthində müxtəlif temperaturlu sahələrin paylanmasını qeyd edir. Termal görüntüləmənin xəstəliyin proqnozlaşdırılması üçün perspektivli bir vasitə olduğu sübut edilib, çünki o dəri temperaturunun nümunələri əsasında anormal dövriyyə və iltihab sahələrini müəyyən edə bilər.

 

Alınan məlumat və şəkilləri emal etmək, həmçinin diaqnozun dəqiqliyini və səmərəliliyini artırmaq üçün alimlər Sİ texnologiyasından istifadə ediblər.

 

Həmçinin qeyd edilir ki, işemiyanın ən əhəmiyyətli istilik indikatoru üzün sol və sağ tərəfləri arasında ümumi temperatur fərqi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!