Modern.az

11 kiloqramdan çox narkotik vasitə aşkarlandı

11 kiloqramdan çox narkotik vasitə aşkarlandı

5 İyun 2024, 11:04

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 4-də ümumi çəkisi 11,3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın verilən məlumata görə, narkotik vasitələr - 1,6 kiloqrama yaxın heroin, 9,6 kiloqramdan çox marixuana, 110 qram metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 64 çətənə kolu dövriyyədən çıxarılıb.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!