İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sənədləri yoxlanılır.
Modern.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, prezidentliyə namizədliyini irəli sürənlərin sənədlərinin yoxlanılması üçün Mühafizə Şurasına 7 gün vaxt verilib.
1 keçmiş prezident, 1 keçmiş parlament sədri, 38 keçmiş və indiki deputat, 13 keçmiş nazir və 3 hazırkı nazir olmaqla 80 nəfərin namizədliyi irəli sürülüb. Qeydə alınanlar arasında 4 qadın da var.
Prezidentliyə namizədlərin yekun siyahısı iyunun 11-də elan olunacaq.
Növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.
Seçkinin qalibi helikopter qəzasında həlak olan İbrahim Rəisini əvəz edəcək.