Modern.az

Şəhriyar Məmmədyarov Superturnirdə iştirak edəcək - FOTO

Şəhriyar Məmmədyarov Superturnirdə iştirak edəcək - FOTO

İdman

5 İyun 2024, 13:14

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iyunun 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Superturnirdə iştirak edəcək.

 

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 39 yaşlı qrossmeyster ən yüksək reytinqli iştirakçıların çıxış etdiyi “Masters” bölümündə mübarizə aparacaq.

 

Onunla yanaşı, Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yanqyi Yu (Çin), Vidit Santoş Qucrati (Hindistan), Riçard Rapport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digər şahmatçılar turnirdə yer alacaqlar.

 

Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaq.

 

Yarışa iyunun 14-də yekun vurulacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI