Modern.az

Macarıstanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir - Ceyhun Bayramov

Macarıstanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir - Ceyhun Bayramov

5 İyun 2024, 13:38

Biz Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasını keçirdik. İclasda ikitərəfli və yüksək səviyyəli görüşlər, layihələr barədə danışdıq.

Modern.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.

O bildirib ki, iki ölkənin Xarici İşlər nazirliklərinin və hökumətlərarası komissiyanın iclası mütəmadi şəkildə keçirilir.

Nazir qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında BMT, NATO, ATƏT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivələrdə əməkdaşlığın xüsusi əhəmiyyəti var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!