Modern.az

İrəvanın sülh təkliflərini Bakıya təqdim etdiyini nazir TƏSDİQLƏDİ

İrəvanın sülh təkliflərini Bakıya təqdim etdiyini nazir TƏSDİQLƏDİ

5 İyun 2024, 13:42

Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

 

O qeyd edib ki, Ermənistan təkliflərini bir neçə gün bundan öncə Azərbaycan tərəfinə təqdim edib.

 

"Onu deyim ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir. Yəni biz burada müsbət dinamika müşahidə edirik”, - nazir əlavə edib.

 

Xatırladaq ki, dünən, iyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan İrəvanın təklifləri Bakıya təqdim etdiyini açıqlayıb.

 

Aprelin 26-da Ermənistanın Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi aldığı barədə məlumat yayılıb.

 

Bundan əvvəl aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci təkliflər paketinə cavab verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza